Aylardır hər kəslə münasibətləri məhdudlaşdırılaraq Umbakı müəssisəsində qapalı otaqda saxlanılan ilahiyyatçı Mənsur Vəlişovun səhhətində ciddi problemlər yaranıb.
Bu barədə məlumatı onun həyat yoldaşı verib. Onun sözlərinə görə, üç ay öncə dərisində qara ləkələr əmələ gələn ruhani hazırda bütün bədəni boyunca yaralarla əhatələnib.
Qapalı şəraitdə saxlanılan inanclının müayinə və müalicəsi müəssisənin həkimi tərəfindən ciddi yoxlanış aparılmadan qoyulmuş diaqnoz əsasında həyata keçirilib. Təbii ki, belə müalicə effektiv nəticə verməyib. İlk günlər xırda qara ləkələr şəklində başlayan xəstəlik üç ay ərzində genişlənərək qaşınma və güclü ağrılarla müşayiət olunub.
Həkimin allergiya diaqnozu ilə müalicə aparması əks təsir göstərsə də, müəssisə yanlış yanaşmadan əl çəkmir. M. Vəlişov dəfələrlə rəhbərliyin qəbulunda olaraq xəstəliyi və fəsadları barədə məlumat verib. Lakin aldığı cavab belə olub:
“Əlimdə olsa, çoxdan səni Penitensiar Xidmətin Müalicə Mərkəzinə göndərərdim. Ancaq tapşırıq olduğu üçün bunu edə bilmirəm və dəyişiklik etməyə acizəm.”
Penitensiar Xidmət ilahiyyatçı ilə bağlı ciddi nəzarət rejimi tətbiq edir. Bu, onun saxlanıldığı müddətdə gördüyü işgəncələri ictimailəşdirməsindən sonra baş verib. Ədliyyə orqanları bu addımı bağışlamayaraq onu qapalı otaqda saxlamaqla yanaşı müalicəsinə də laqeyd yanaşır. Beləliklə, Mənsur Vəlişovu cəzalandırmağa çalışırlar. Bu vəziyyət yaxınlarında ciddi narahatlıq və təşviş doğurur.
Xatırladaq ki, İmişli rayonunun Həsənli kənd sakini, ilahiyyatçı Mənsur Vəlişov inanclıların kütləvi həbsi zamanı – 2023-cü il martın 11-də saxlanılmışdı. O, narkotiklərlə bağlı ittihamla 2023-cü il oktyabrın 10-da məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Baxımsızlıq səbəbindən dərialtı yaralar ilahiyyatçının bütün bədənini bürüyüb