İsrail ordusunda şəxsi heyətin kəskin çatışmazlığı müşahidə olunur

Şəxsi heyətin kəskin çatışmazlığı problemini həll etmək mümkün olmasa, İsrail Müdafiə Qüvvələri (İMQ) yaxın vaxtlarda süqutun astanasında ola bilər.

"The Jerusalem Post" nəşri xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasında İMQ-nin Baş Qərargah rəisi Eyal Zamir bildirib.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, yaranmış vəziyyət, xüsusilə davam edən hərbi əməliyyatlar şəraitində kadrların kritik çatışmazlığı səbəbindən fövqəladə narahatlıq doğurur.

"Jpost" qeyd edib ki, hətta dinc dövrdə belə Qəzza sektoru, Livan, Suriya ilə sərhədlərin, eləcə də İordan çayının Qərb sahilinin təhlükəsizliyini təmin etmək üçün İsrailə əhəmiyyətli dərəcədə daha çox hərbi qulluqçu lazımdır.

"Əgər hökumət qoşunların sayının artırılması ilə bağlı tədbirlər görməsə, müdafiənin bir sıra sahələrində ciddi boşluqlar yaranacaq", - qəzet mənbələrin sözlərini sitat gətirib.