Hicablı şagirdlər məktəbdən qovulub

Sosial media üzərindən edilən paylaşımda orta məktəblərdə yaradılan süni hicab qadağası daha bir təhsil müəssisəsində yaşanıb. Belə ki, Sumqayıtda yerləşən Məhəmməd Füzuli adına 15 saylı tam orta məktəbin direktoru Elmira Yaqubova hicablı şagirdləri məktəbdən qovub.
Hadisəyə valideynlərin etirazı olsa da təhsil müəssisəsi rəhbəri onları polislə hədələyərək uşaqların hicabla məktəbə gəlməsinə icazə verməyəcəyini bildirib. O, bunu vahid məktəbli geyimində hicabın olmaması ilə əlaqələndirib.
Xatırladaq ki, artıq bir neçə məktəb hicablı qız uşaqlarının orta məktəbdə təhsil almasına qarşı çıxaraq onları təhsil mərkəzinə buraxmayan xəbərlər sosial media üzərində paylaşılıb.