Qüds günü: Onmilyonlarla iranlı Fələstin üçün küçələrə çıxdı

Bu gün Qüds günüdür.

ABŞ-İsrailin başlatdığı və hələ də davam edən müharibəyə baxmayaraq, onmilyonlarla iranlı ölkənin bütün şəhələrində küçələrə çıxaraq yürüşlər keçirir.

Paytax Tehran şəhərində yürüşün keçirildiyi əraziyə ABŞ-İsrailin bu gün endirdiyi zərbə nəticəsində isə həyatını itirən və yaralananlar var.

Xatırladaq ki, “Qüds günü” 1979-cu ildə İran İslam İnqilabının birinci Ali lideri İmam Xomeyni tərəfindən təsis edilib və hər il mübarək Ramazan ayının son cümə günü keçirilir. Bu günün məqsədi fələstinlilərin Fələstin uğrundakı mübarizəsi ilə həmrəyliyin ifadə olunmasıdır.