Samir Babayev saxlanılıb

Keçmiş siyasi məhbus Samir Babayev saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib. S. Babayev yaşadığı evin yaxınlığından bu səhər (6 mart) işə gedərkən saxlanılıb. İki mülki geyimli şəxslərdən ibarət maşınla qarşısı kəsilən inanclı zorla maşına mindirilib və naməlum istiqamətə aparılıb.

Hələ ki, S. Babayev barəsində hər hansı bir məlumat yoxdur və onun hansı dövlət orqanı, nə səbəbdən saxladığı bəlli deyil. 

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev 2025-ci ilin 2 dekabr tarixində 3 illik həbs cəzasını başa vuraraq azadlığa çıxmışdı.