Son 14 ildə AÇG yatağında neft hasilatı 2 dəfədən çox azalıb

2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və “Mərkəzi-Şərqi Azəri” platformalarından birlikdə 120 milyon barel (16 milyon ton) və ya gündə orta hesabla 330 min barel neft hasil edilib.
Bu barədə “BP-Azərbaycan” şirkəti məlumat yayıb.
Hesablamalar göstərir ki, 2024-cü ildəki analoji rəqəmlərlə müqayisədə ötən il neft hasilatı 5% və ya 5 milyon barel az olub.
2024-cü ildə 125 milyon barel neft hasil edilib və bu da 2023-cü illə müqayisədə 6% və ya 8 milyon barel az olub.
2012-ci ildə neft hasilatı 243 milyon barel, quyuların sayı isə 94 ədəd olduğu halda, 2025-ci ildə neft hasilatı 120 milyon barel, quyuların sayı 206 ədəd olub.