“Toplum TV”-nin həbsdə olan həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli “Toplum TV”-yə müsahibə verib.
O, səhhəti, üzləşdiyi ittihamlar, beynəlxalq təşkilatların reaksiyası, təcridxanada informasiyaya çıxış imkanlarından danışıb.
- Azərbaycanda müstəqil medianın gələcəyini necə görürsünüz?
- Öncə internetin, ardınca sosial şəbəkələrin və indi də süni zəkanın inkişafı medianın ciddi transformasiyasına səbəb olub. İndi ənənəvi medianın mövcud olması bu transformasiyada sağ qalıb, dəyişmək və uyğunlaşmaqla mümkündür. Sosial medianın və süni zəkanın sürətli inkişafı media savadlılığı məsələsini daha da aktual edir. Cəmiyyəti indi daha oyanıq olmalı, ağı qaradan, doğrunu yalandan, həqiqəti saxtadan ayırmağı bacarmalıdır. Bu problemlər bütün dünya üzrə media üçün xarakterikdir. Azərbaycan mediasının bundan əlavə söz azadlığı, media müstəqilliyi, jurnalist peşəkarlığı, jurnalist təhlükəsizliyi və informasiyaya çatımlılıq problemləri də mövcuddur. 2022-ci ildən media qanunvericiliyi sərtləşdirilməklə media tamamilə dövlət nəzarətinə alınıb. Artıq hökumətin arzu etmədiyi, yaşıl işıq yandırmadığı, fəaliyyətindən məmnun olmadığı bir media qurumunun yaşamaq şansı yoxdur. “Abzas Media"nın, “Toplum TV”-nin və “Meydan TV”-nin fəaliyyətinə kobud, qanunsuz polis müdaxiləsi, jurnalistlərin kütləvi həbsi məhz bu halqanın tamamlanması idi. Lakin bu yolla cəmiyyəti susdurmaq, informasiyasız buraxmaq mümkün olmadı.
Sosial şəbəkələr hələ də ictimai-siyasi gündəmi formalaşdırmağa davam edir. Hökumət buna da dözümsüzlük göstərərək cinayət qanunvericiliyini işə salıb. Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə son əlavələr məhz sosial şəbəkələrdəki fərdləri də qorxutmaq, onların söz azadlığına kilid vurmağı hədəfləyir. Yəqin ki, yaxın günlərdə bu maddələrin çox sıx tətbiq olunduğunu, çoxsaylı sosial şəbəkə fəalının kütləvi təqibini görəcəyik. Hətta ola bilsin ki, hüquq-mühafizə orqanları “xüsusi əməliyyat” keçirib həbs etmək istədikləri şəxslərin IP ünvanlarına müdaxilə edərək onların “saxta hesab”larını yaradıb, oradan başqa şəxslərə yönəlik böhtan və təhqir yayaraq, sonra həmin şəxsləri “cinayətkar” kimi həbs etsinlər.
Bunu deməkdə əsasım öz başıma gələn hadisədir. 2022-ci ilin noyabrında hüquq-mühafizə orqanları və “Azercell”in əməkdaşlığı ilə mənim mobil telefon nömrəmin dublikatı yaradılıb, ora göndərilən SMS kodu dəyişikliyi sorğusu ilə “YouTube” kanalımı ələ keçirib, “Toplum TV”-nin adını dəyişib “Toplan TV” etmiş, 30 min abunəçini və bəzi önəmli müsahibələri silmişdilər. Mən rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Baş Prokurorluğa bu kibercinayətkarları şikayət etdim. Hələ də şikayətimə baxılmayıb, “Azercell”lə əməkdaşlıq edən kibercinayətkarlar ifşa olunmayıb və məsuliyyətə cəlb olunmayıb.
Azərbaycanda media qanunu 11 fərqli media formatı nəzərdə tutur. Mən 2 ildir həbsdə olduğumdan bunlardan yalnız birinin - televiziyaların fəaliyyətini izləyə bilirəm. Onlar isə 20 ildən çoxdur ki, yalnız təbliğatla məşğul olmağı media fəaliyyəti hesab edirlər. İstər maddi, istər siyasi baxımdan müstəqil olmayan media azad, müstəqil ola bilməz. Azərbaycanda televiziyalar arasında müstəqil olanı yoxdur.
- Təcridxanada gündəlik informasiya mənbəyiniz nədir?
- Qanunvericilik həbs yerində saxlanan şəxslərin informasiyaya çatım hüququnu nəzərdə tutub. Odur ki, mən də digər şəxslər kimi bu hüququmu televiziya kanalları vasitəsilə təmin etməyə çalışıram. Azərbaycan televiziyalarını, habelə bəzi xarici ölkə telekanallarını (Türkiyə, Rusiya və Qərb ölkələri) izləyirəm. Azərbaycan televiziyalarından xəbər üzrə ixtisaslaşan ARB24 kanalını sistemli izləyirəm. Dövlət televiziyası AzTV-nin ana xəbər bülletenini, “İctimai TV”-nin ana xəbərlərini izləməyə çalışıram. Tamamilə təbliğat və qaralama üzrə ixtisaslaşan “Real TV” və “Baku TV”-ni izləmirəm. Çünki bu iki kanal həftələrlə bizim əleyhimizə qara PR kampaniyası aparıb, bizə böhtan atmaqla məşğul olub. Operativ beynəlxalq informasiya almaq üçün Türkiyənin NTV və “Haber Global” kanalları, habelə CNN, BBC və “Euronews" faydalıdır. Gündəlik bu resurslar informasiya ehtiyacımı qarşılamaqda faydalı olur. Dünyadakı hadisələrə alternativ baxış bucağından yanaşan mənbə kimi “Rossia24”, ORT kanallarını da sıx-sıx müşahidə edirəm. Özəlliklə, Putinin fəaliyyətini izləmək üçün orijinal mənbə baxımından faydalıdır. Ümumiyyətlə, fərqli mənbələri izləməklə propaqandanı həqiqətdən ayırmaq asan olur.
Qərb mediasının birtərəfli məlumatlarına qarşılıq, rus mediasının birtərəfli məlumatları həqiqəti balanslaşdırır. Ölkə gündəmini isə birbaşa izləmək olmasa da, dolayı yolla mümkün olur. Belə ki, ölkə telekanalları bir mövzu üzrə fərqli “ekspert”ləri ekrana çıxarıb müxtəlif qurumları onlara tənqid etdirəndə, əslində, nə baş verdiyini, kimin nə dediyini öyrənmiş oluram. Çünki danışan “ekspert”lər kimi, nəyi, niyə tənqid hədəfinə çevirdiklərini danışarkən verdikləri boşluqlardan özləri də bilmədən həqiqəti ortaya qoyurlar. Bunu ən çox edən Mirşahindir (“Real TV”nin rəhbəri Mirşahin Ağayev - red.) O, burada “ən önəmli” alternativ informasiya mənbəyidir. O, rəsmi propaqandadan fərqli olan, hətta qeyri-etik olanları belə “tənqid” adı ilə cəmiyyətə ötürür. Yəqin, elə bir zaman gələcək ki, o, “gerçəkləri yalnız bu formada cəmiyyətə çatdıra bildim” deyəcək. 2001-ci ildən onun bir performansını heç unutmuram. Türkiyədə səfərdən gələn Heydər Əliyevə o vaxt ANS-də müxbir işləyən Qənirə Paşayeva sual vermək istəyəndə, H.Əliyev onun sözünü yarımçıq kəsib demişdi: “Bunu keçən dəfə də məndən soruşdun. Bu bilirsən nəyə oxşayır? Məşədi İbaddan hambalın bir abbası istəməsinə oxşayır. Buradan gedəndə eyni sualı vermisən, qayıdanda da verirsən. Aldın cavabını?” Bu olaya münasibət bildirən ANS-in baş redaktoru Mirşahin “Yeni Müsavat” qəzetində yazmışdı: “Məşədi İbaddan fərqli olaraq, o, (yəni hambal) çörək pulunu halal yolla qazanırdı”.
- Televiziya kanallarını izləyirsinizmi?
- ARB kanalını daha sıx izləyirəm. Ölkə gündəmindən başqa dünyanın hər yerindəki olayları analiz edirlər. Gün ərzindəki analitik proqramların 70%-ində Ermənistanı müzakirə edirlər. Hətta kamerada zarafatla ARB-dəki A hərfinin Ermənistanın ingiliscə adındakı A olduğunu deyirlər. Qalan 30% isə Rusiya, İran və qismən Qərb ölkələrinin gündəmini müzakirə etməklə keçir. AzTV-də inkişaf görürəm. Canlı bağlantıları artıb, ana xəbərlərdə uzun-uzadı siyasi xronikanı verməklə yanaşı ara-sıra sosial problemləri də işıqlandırırlar. “İctimai TV” özəl kanallardan daha “özəl”dir. Xəbər və xəbər törəmə proqramları çox kasad və heç bir halda missiyasına uyğun deyil, ən passiv kanaldır. Xəzər, ATV, Space daha çox əyləncə üzərinə formalaşıb, odur ki, mənim maraq dairəmin xaricindədirlər. “Real TV” və “Baku TV” əsas bayağı propaqanda üzərində ixtisaslaşıb. “CBC Sport” və “İdman TV”, əsasən, xarici futbol matçlarının verildiyi həftəsonlarında maraq dairəmdə olur. İdman şərhçilərimizin səviyyəsi, istifadə etdiyi dil ayrı müzakirə mövzusudur. Azərbaycanın keyfiyyətli musiqisi üçün “Mədəniyyət” kanalı ziyarət etdiyim kanallardandır. Boş vaxtım olanda (kitab oxumağa fasilə verəndə) Türkiyənin “TRT Belgesel” kanalını, habelə təbiəti bizə sevdirən “National Geographic” və “Animal Planet” kanallarını izləməyi xoşlayıram. Amma bayaq dediyim kimi, əsasən, xəbər və xəbər törəmə kanalları mənim öncəliyimdir. Bunun üçün ARB24, NTV, “Haber Global”, CNN, BBC, “Euronews”, “Rossia24”, ORT, RTR kanallarını sistemli izləyirəm. Gecələr işıq zəif olduğundan, gözlüklə də oxumaq çətin olduğundan ara-sıra türk seriallarını da izləyirəm. Maraqlı gördüyüm seriallar TRT1, ATV və “Kanal D”-də qarşıma çıxır. Bunu da vurğulamasam, gənc jurnalistlərə haqsızlıq etmiş olaram. ARB24-də Çinarə və Şəhla hazırlıqları və öz mövqelərini ortaya qoymaq baxımından bəyəndiyim jurnalistlərdəndir. Analitik proqramlarına çağırdıqları “ekspert”lərdən gündəmi daha çox bilmələri xoş təsir bağışlayır.
- Azərbaycan televiziyaları media etikasına əməl edə bilirmi?
- “Toplum TV”-yə polis basqını olan 6 mart 2024-cü il tarixində mən onlayn şəkildə media monitorinqinin nəticələrini cəmiyyətə təqdim etməli idim. Azərbaycan dövlət büdcəsindən maliyyə yardımı alan 16 media subyektini monitorinq etmişdim. Bu media qurumları Medianın İnkişafı Agentliyi tərəfindən 2023-cü ildə maliyyə yardımı alan 56 media qurumu arasından seçilmişdi. 4 ay davam edən monitorinqlər zamanı 2 rəqəmsal, 5 məzmun kriteriyası üzrə toplam 178,267 informasiya Media haqqında Qanunda nəzərdə tutulan media peşəkarlığı aspektindən analiz edilmiş, bunlardan 9,863 informasiyada qanunun tələblərinin pozulduğu müəyyən olunmuşdu. Həmin gün həbslər başladığından 38 səhifəlik hesabatı yayımlamaq imkanım olmadı. İndi televiziyaları izləyərkən Media haqqında Qanunun tələblərinin, xüsusilə 14-cü maddənin tələbinin sistemli şəkildə pozulmasının şahidi oluram. Son iki həftədə Space və ARB kanallarının yayımları bu cür pozuntulara görə Audiovizual Şura tərəfindən 3 saatlıq dayandırılıb. Lakin Şura məsələyə selektiv yanaşıb. Ən çox pozuntu “Real TV”-də, “Mirşahinin vaxtı” proqramında baş verir. Amma Şura ona bir cəza verməyib. Həbsə salınmağım cəmiyyəti məhz obyektiv monitorinqlərin nəticələrindən də məhrum edib. Məndən sonra belə bir monitorinqin aparıldığını eşitməmişəm. Belə monitorinqlərin aparılması, xüsusilə də dövlət resursları ilə fəaliyyət göstərən media subyektlərinin diqqətdə saxlanılması yaxşı və faydalı olardı.
Sonda sizə təşəkkür edirəm. Ümid edirəm ki, bütün siyasi məhbuslar, o cümlədən media təmsilçiləri və jurnalistlər tezliklə haqq etdikləri azadlıqlarına qovuşacaqlar.
Ələsgər Məmmədli: “Hökumətin yaşıl işıq yandırmadığı media qurumunun yaşamaq şansı yoxdur”