Təlsil bir xalqın gələcəyi üçün sonsuz zəruri və əhəmiyyətli amil, eyni halda inkişaf əsasıdır. Bir xalqın uğuru onun təhsizdəki müvəffəqiyyəti ilə birbaşa bağlıdır. İnkişaf etməkdə olan dünyada təhsilin rolu isə gələcək üçün su və hava kimi ehtiyac meyarına daxil bir özəlliyə çevriləcəyi şübhəsizdir.
Bu təkcə dünyanın bu günü deyil, hələ əsrlər öncə Roma, Misir mədəniyyətindən, papirus üzərində əlyazmalardan başlayaraq İslam sivilizasiyasının “beşikdən məzara qədər elm” deyə çağırış edən din və mədəniyyətlərin əsas prinsiplərindən biri olub.
Bu günün dünyası və sabahın ehtiyac səbəbi isə elmin daha üstün göstəricilərini qiymətləndirərək dünyanın elm adlı iki dəyərli nemətinin əvəzsiz rolunu günümüzdə göstərməkdədir.
Elm, təhsil ocaqları, məktəb divarları arasından başlamaqla sonradan daha böyük zirvələrə yüksəlməyə əzmlidir. Əlbəttə ki, bunun üçün başlıca ünvan, məktəblərin təhsil səviyyəsi və ona yaradılan maneələr diqqətə alınmalıdır.
Azərbaycanda təhsil, elm sahəsində problemləri elə hər gün göbələk kimi artan repititorlardan anlamaq olar. Məktəb rüşvət qalmaqalları, son dövrlər narkotik, əxlaqi dəyərlərə qədər uzanan qorxunc problemlərin qoynunda çırpınır. Görünən budur ki, bu problemləri nə hakimiyyət həll etməyə maraqlı deyil, nə də müəllimdən direktora, oradan isə nazirə qədər uzanan rüşvət zənciri bu problemlərin həllini heç istəmirdə.
Belə olan halda ənənəvi oyun bu problemlərdən yayınma yollarını işə salır. Fikir verirsiz, Azərbaycan mətbuatı dünyanın hər yerində insan haqları, işgəncə, korrupsiya, istismar, rüşvət və bu kimi problemləri durmadan tirajlayır. Geniş müzakirə mövzusu edir. Elə bil biz İsveçdə yaşayır və bu problemlərin 70-80-faizini həll etmişik deyə digərlərini tənqid hədəfinə almışıq.
Bilirsiz bu niyə belədir? Bu sistem digər ölkələrin problemlərini səs-küyə çevirməklə ölkədəki problemlərdən diqqəti yayındırmağa çalışır. Nəticədə geniş müzakirələrə yol açan digər ölkənin iqtisadi durumunu düşünənlər öz ölkəsində yediyi məhsulu həmən ölkədən aldığı halda oradakı bahalığı mövzu edir. Hansı ki, onun verdiyi pul o ölkənin məhsul və bazarını canlandırdığı halda onu səfalət halına salıb. Bu siyasətdir, möhkəm çığırtı digər səsləri boğur.
Təhsildə də belədir. Xirtdəyinə qədər eybəcərliklərdə boğulan və sabahı uçurumun kənarında olan təhsilimizin vəziyyətini gizlətməyə çalışan xəstə təfəkkürlər güya hicabın təhsilə hansısa maneə yaratması kimi ideyanı ortaya atmaqla minlərlə neqativliyin üzərini ötrməyə çalışırlar.
Hər il ali təhsil müəssisələrinə daxil olub yüksək bal toplayanların siyahasına baxsaq deyilənlərin necə absurd olduğunu görərik. Hicab qulağı, gözü və ya ağızı bağlamır. Hicab insanın ruhuna iffət və ismət pərdəsi örtərək onun amiranəliyinə yardımçı olur. Hicab xarici bəzək əşyaları ilə müqayisənin ziddi olaraq o, bəzəklərin üzərinə pərdə çəkir.
Uşağın hicabı dərk etmədən və istəmədən valideynin təkidi ilə örtməsinə elə səhər dərsə getmək istəməyən, oxumağı rədd edən uşaqlarınıza məcbur etdiyiniz valideyn kimliyinizlə cavab verin. Ya da onları da öz istəklərinə buraxın ki, haçan istəyib dərk etsələr özləri seçim edib oxusunlar.
Yox əgər yuxarıda qeyd etdiyimiz kimi gələcək üçün təhsilin zəruriliyi fikrinə görə uşağın məcbur edilməsini düşünürsünüzsə, elə buna əsaslanıb iki zəruridən biri, əqidə və elmi quşun iki qanadı bilən dinin bu yanaşmasına toxunmayın.
İllərin praktiki göstəriciləri də bunu sübut etdi ki, yanılan tərəf sizsiniz.
Təhsil: Hicab təhsildə hansısa maneə yaradırmı? Ötən illərin təcrübəsi nələr söyləyir?