İmam Əli (ə) Ziyarətgahında İmam Hüseyn (ə) mövludu qeyd edilib

İraqın Nəcəfül-Əşrəf şəhərində, İmam Əli (ə) ziyarətgahında İmam Hüseynin (ə) mövludu münasibətilə mərasim təşkil olunub.

Tədbir İmam Əli (ə) ziyarətgahının xidmətçiləri tərəfindən simvolik xarakter daşıyan mərasim kimi keçirilib. Mərasimdə şeirlər oxunub, mədhiyyələr səsləndirilib.

Qeyd edək ki, Nəcəfül-Əşrəfdə bu kimi dini mərasimlər müqəddəs günlərdə ziyarətgahın ənənəvi proqramı çərçivəsində mütəmadi olaraq keçirilir.