Ayətullah Cavadi Amuli müasir texnologiyalar, media və süni intellektlə bağlı sualları cavablayıb.
Sual və cavabları təqdim edirik:
Sual 1: Bəzən tərcüməçi və müəlliflər müəlliflik hüququ (copyright) olan əsərləri naşirin və ya müəllifin icazəsi olmadan tərcümə edir və ya yenidən nəşr edirlər. Kopirayt qanununun məcburi olmadığı ölkələrdə bu cür hərəkət şəri baxımdan icazəlidirmi?
Sual 2: Əgər bir şəxs hər hansı bir əsəri başqa dildən tərcümə edərsə, lakin müəllif və ya naşirdən icazə almazsa, bu addım “mənəvi qəsb” (başqasının haqqını mənimsəmə) və haram hesab olunurmu?
Sual 3: Virtual məkanlarda (internetdə) başqaları tərəfindən istehsal olunmuş materiallardan (video, mətn və ya foto) mənbə göstərmədən və sahibinin razılığı olmadan istifadə etmək şəri baxımdan icazəlidirmi?
Sual 4: Bəzi istifadəçilər yumor və ya reklam məqsədilə başqalarının simasından və ya səsindən istifadə edirlər. Başqa bir şəxsin razılığı olmadan, onun simasından zarafat (yumor) qəlibində şəkil və ya video hazırlamaq icazəlidirmi?
Sual 5: Süni intellektin elmi, ədəbi və tədqiqat əsərləri yaratmaqda artan imkanlarını nəzərə alaraq, süni intellektin rolunu qeyd etmədən onun vasitəsilə məqalə, dissertasiya və ya kitab yazmaq icazəlidirmi? Şəxs belə bir əsəri öz adına nəşr edə bilərmi?
Sual 6: Əgər bir şəxs süni intellektin köməyi ilə məqalə yazarsa və işin böyük hissəsi maşın tərəfindən yerinə yetirilərsə, bu faktı gizlədərək əsəri öz adına çıxmaq “elmi qəsb” və ya aldatma sayılırmı?
Allahın adı ilə
Salamun Əleykum
1, 2, 3, 4 və 5-ci sualların cavabı: Bütün hallarda əsərlərin çap, tərcümə, nəşr və müəlliflik hüquqları onların sahiblərinə məxsusdur. Əgər həmin əsərlərdən əvvəlcədən icazə almadan istifadə olunarsa, istifadə edən şəxs məsuliyyət (zaminlik) daşıyır; sözügedən hüquqlar ödənilməli və əsər sahiblərinin razılığı alınmalıdır.
6-cı sualın cavabı: Əgər süni intellektin fəaliyyəti müstəqil bir innovasiya (ixtira/yenilik) olarsa və başqalarının əsərlərindən elə şəkildə istifadə edilərsə ki, həmin məqalə başqalarının əməyinin əhəmiyyətli hissəsi sayılmasın, bunun eybi yoxdur (icazəlidir).
Ayətullah Cavadi Amuli süni intelektlə bağlı sualları cavabladı