Rusiyadan Ukraynaya ağır zərbə

Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi qulluqçuların və hərbi texnikanın cəmləşdiyi əraziyə aviazərbə endirildiyini açıqlayıb.

Zərbə Su-34 tipli döyüş təyyarəsi ilə həyata keçirilib.

Nazirliyin yaydığı videogörüntülərdə hədəflərin dəqiqliklə vurulduğu iddia olunur.

Qeyd edək ki, təqdim olunan görüntülər Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılıb. Məlumat TASS agentliyi vasitəsilə ictimaiyyətə çatdırılıb.