İdarəetmə səlahiyyətlərinin alınmasına sərt reaksiya
HƏMAS hərəkatı bu gün yaydığı bəyanatda sionist rejim hakimiyyətinin İbrahim məscidinin idarə olunması ilə bağlı qəbul etdiyi qərarı kəskin şəkildə pisləyib. Hərəkatın açıqlamasına görə, Xəlil bələdiyyəsinin məscidlə bağlı səlahiyyətlərinin əlindən alınaraq Qərb Sahilində fəaliyyət göstərən “işğalçı mülki idarə”yə verilməsi təhlükəli yəhudiləşdirmə addımıdır.
HƏMAS bildirib ki, bu qərar yalnız inzibati dəyişiklik deyil, İbrahim məscidinin tamamilə islam məkanı olan kimliyinə, eləcə də Xəlil şəhərinin ərəb–islam xarakterinə qarşı yönəlmiş açıq hücumdur.
Hərəkatın bəyanatında vurğulanıb ki, sözügedən addım sionist rejimin Qərb Sahili və işğal altında olan Qüdsdə torpaq və müqəddəs məkanlar üzərində nəzarəti gücləndirməyə yönəlmiş ardıcıl siyasətinin tərkib hissəsidir. HƏMAS-a görə, bu cür qərarlar Fələstin xalqının tarixi, dini və hüquqi haqlarını açıq şəkildə pozur.
Bəyanatda qeyd edilib ki, İbrahim məscidi ilə bağlı atılan bu addım status-kvonun dəyişdirilməsi cəhdidir və bölgədə gərginliyi daha da artıracaq.
UNESCO qərarlarına açıq meydan oxuma
HƏMAS İsrailin qərarını UNESCOnun qərarlarına zidd addım kimi dəyərləndirib. Xatırladılıb ki, İbrahim məscidi və Xəlilin köhnə şəhəri UNESCO tərəfindən təhlükə altında olan dünya irsi siyahısına daxil edilib.
Hərəkatın fikrincə, İsrailin bu qərarı beynəlxalq hüququ və mədəni irsin qorunmasına dair öhdəlikləri açıq şəkildə pozur və beynəlxalq ictimaiyyətin susqunluğu işğalçı siyasəti daha da cəsarətləndirir.
HƏMAS beynəlxalq ictimaiyyəti, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, insan haqları qurumlarını və BMT strukturlarını dərhal hərəkətə keçməyə çağırıb. Hərəkatın bəyanatında xüsusilə UNESCO-nun məsuliyyətinə diqqət çəkilib.
Bildirilir ki, İsrailin müqəddəs islam və xristian məkanlarına qarşı artan müdaxilələrinin qarşısı alınmazsa, bölgədə dini və siyasi gərginlik daha da dərinləşəcək.
“Tarixi həqiqət dəyişməyəcək”
HƏMAS bəyanatının sonunda vurğulayıb ki, zorla yaradılan yeni reallıqlar tarixi və hüquqi həqiqətləri dəyişdirə bilməz. Hərəkat bir daha bəyan edib ki, İbrahim məscidi islam məkanıdır və Xəlil şəhəri keçmişdə olduğu kimi bu gün də fələstinli ərəb şəhəri olaraq qalacaq.
Qeyd olunur ki, İsrailin bu qərarı əvvəlki addımların davamıdır. Xəlil bələdiyyəsi daha əvvəl xəbərdarlıq edərək, məsciddə tikinti və planlaşdırma səlahiyyətlərinin əlindən alınmasının işğalın tam nəzarət qurmaq planına xidmət etdiyini bildirmişdi.
Fələstinli rəsmi mənbələrə görə, İsrail hökuməti İbrahim məscidinin bəzi həyətlərini, xüsusilə 288 kvadratmetr sahəsi olan açıq meydanı, “ictimai layihə” bəhanəsi ilə məskunlaşanlara verməyə çalışır. Bu isə gələcəkdə dolayı yollarla məskunlaşma hüququnun yaradılmasına zəmin hazırlayır.
İbrahim məscidi ilə bağlı qərar təhlükəli yəhudiləşdirmədir