CAR-da qanlı atışma: Ölənlər və yaralananlar var

Cənubi Afrika Respublikasında atışma baş verib.

Hadisə Yohannesburq şəhərinin yaxınlığında yerləşən qəsəbədə qeydə alınıb.

Silahlı naməlum şəxsin törətdiyi cinayət nəicəsində 10 nəfər həyatını itirib, 10 nəfər də yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Kimliyi hələ bəlli olmayan caninin axtarışı aparılır. Cinayətin motivləri də məlum deyil.