Belarus dekabrın 13-də 123 siyasi məhbusu azad edib.
AzadlıqRadiosunun Belarus xidməti yazır ki, bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koulla görüşündən sonra baş tutub.
Həbsdən azad edilənlər arasında Mariya Kolesnikova da var. 2020-ci ildə prezidentliyə namizəd olan Viktor Babariko da azadlığa buraxılıb.
Həbsdən azad edilənlərdən 104 nəfər Belarusu tərk edərək Ukraynaya yola düşüb. Onların arasında Kolesnikova və Babariko da var. Onları Ukraynada Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov qarşılayıb.
Hüquq müdafiə təşkilatları Belarusda 1100 siyasi məhbusun olduğunu yazırlar. ABŞ-la son aylardakı görüşlərdən sonra indiyə qədər 70-dən yuxarı siyasi məhbus həbsxanalardan azad edilib.
Belarus 123 siyasi məhbusu azad edib