Böyük təqlid müctehidi olan Ayətullah Əl Üzma Seyid Sistaniyə bağlı “Əl-Ayn” Fondu İraqın bütün ərazilərində 137 mindən çox yetim uşağı himayəyə götürərək hərtərəfli qayğı sistemi təqdim edir.
Təşkilat yetimlərin təhsil, peşə, sağlamlıq və yaşayış ehtiyaclarını tamamilə qarşılayır.
Təşkilatın əsas fəaliyyət sahələrindən biri “Əz-Zəhra” adlı xüsusi bölmənin işidir. Bu bölmə yetimlərə müxtəlif peşələri öyrətmək üçün ixtisaslaşmış kurslar keçirir.
Təlimi uğurla başa vuran yetimlərin özünüməşğulluğunu təmin etmək məqsədilə, Təşkilat onların adına bir illik icarə haqqını ödəyərək iş yeri (dükan) kirayələyir.
“Əl-Ayn”ın bu bölməsi həmçinin yetimlərə pulsuz tibbi xidmət göstərən klinikalar və apteklərlə təchiz olunub.
Təhsil sahəsində isə Təşkilat yetimin təhsilini məzuniyyətə qədər tamamilə öz öhdəsinə götürür.
Humanitar fəaliyyətlər çərçivəsində, “Əl-Ayn” Təşkilatı bir sıra əyalətlərdə yalnız yetimlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri inşa edib.
Qeyd olunur ki, Təşkilatın bu genişmiqyaslı fəaliyyəti yetimlərin həyat keyfiyyətini artırmağa və onların cəmiyyətə inteqrasiyasına hədəflənib.
Ayətullah Sistaniyə bağlı “Əl Ayn” Fondu 137 min yetimi himayəyə götürür