QMİ Hacc ziyarətinə getmək istəyənlərə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Hacc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib.

İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Səudiyyə Ərəbistanının Hacc və Ümrə Nazirliyi hər il Hacc ziyarəti üçün hazırlıq prosedurunun daha erkən başlaması üçün yeni işlər görür:

“Bu il Səudiyyə Ərəbistanı Hacc ziyarəti üçün sənəd qəbulunun başlaması barədə göstəriş verib. Bu baxımdan, vizaların verilməsi prosedurunun da vaxtından tez başladılaraq Ramazan ayının sonunadək bitiriləcəyi gözlənilir. Hacc ziyarətinə getmək istəyən vətəndaşlarımızdan vaxtın çox qalmasına baxmayaraq, yerlər dolmadan qeydiyyata düşməyi xahiş edirik”.

V.Cahangiri həmçinin vurğulayıb ki, hər gün vətəndaşlar qeydiyyat erkən başlasa belə Hacc ziyarətinə getmək üçün müraciət edirlər:

“Əksər vətəndaşlar mövsümün sonunda Hacca getmək üçün müraciət edirlər. Həmin ərəfədə isə kvota dolur və vətəndaş Hacc ziyarətinə gedə bilmir. Ona görə də zəvvarlara gec qalmadan müraciət etməyi məsləhət görürük”.