Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində həyatını itirənlər, yaralananlar və dağıntılar altından çıxarılan meyitlərlə bağlı son məlumatları paylaşıb.
Bildirilib ki, Qəzza zolağındakı xəstəxanalara 9-u dağıntılar altından çıxarılan olmaqla, ümumilikdə 10 cəsəd gətirilib.
Atəşkəsin başlanmasından bəri İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində ümumilikdə 241 nəfər həlak olub, 614 nəfər yaralanıb və 522 nəfərin meyiti dağıntılar altından çıxarılıb.
Bundan əlavə, 8 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində qətlə yetirilənlərin ümumi sayı 69 min 169-a, yaralananların sayı isə 170 min 685-ə çatıb.
Nazirliyin açıqlamasında həmçinin bildirilib ki, itkinlər barədə araşdırmalar və təsdiqlənən yeni məlumatlar əsasında ümumi ölənlərin sayına daha 284 nəfər əlavə olunub.
İsrail atəşkəsi pozaraq 241 qəzzalını qətlə yetirib