Dünyanın ən böyük məscidi hansıdır?

Dünyanın ən böyük məscidi Məkkə şəhərində yerləşir.

Həmin müsəlman ibadətgah isə Məscidül-Həram adlanır.

Hər bir müsəlmanın ömründə bir dəfə ziyarət etməsi vacib olan, həmçinin hər bir müsəlmanının namaz zamanı üzünü ona tərəf tutduğu Kəbə də məhz buradadır.

Məscid kompleksinin ərazisində eyni anda təxminən 1 milyon müsəlman ibadət edə bilər. Əgər ona bitişik əraziləri hesaba alsaq, orada 2 milyonadək müsəlman eyni anda namaz qılıb dualar edə bilər.

Kompleksin ümumi ərazisi 357 min kvadrat metrdir və zaman-zaman onun ərazisi daha genişləndirilir.

Məscidül-Həram məscidinin 9 minarəsi var və hər bir minarənin də hündürlüyü 95 metrdir.