İsrail ordusu 21 min fələstinli uşağı əlil edib

2023-cü il oktyabrın 7-dən bəri İsrailin törətdiyi hərbi cinayətlər və bombardmanlar nəticəsində Qəzza sektorunda ən azı 21 min fələstinli uşaq əlil vəziyyətinə düşüb.

Bunu Cenevrədə keçirilən brifinqdə BMT-nin Əlillərin Hüquqları Komitəsinin ekspertləri açıqlayıb.

Onların məlumatına görə, Qəzzada təxminən 40,5 min uşaq “müharibə ilə bağlı xəsarətlər” alıb. Qeyd olunur ki, 2023-cü il oktyabrın 7-dən 2025-ci il avqustun 21-dək Qəzzanın 157 mindən çox sakini yaralanıb və onların 25%-dən çoxu ömürlük əlillik riski daşıyır.