Ermənistanın baş naziri Nikol Paşinyan müxalifəti və Erməni Apostol Kilsəsinin ruhanilərini təhqir etdiyinə görə ictimaiyyətdən üzr istəyib.
Onun üzrxahlığı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qərarından sonra gəlib. Komissiya müəyyən edib ki, Paşinyan may ayında etdiyi çıxışlarda məmurlar üçün nəzərdə tutulan etik davranış qaydalarını pozub.
Baş nazir açıqlamalarının siyasi debat çərçivəsində səsləndiyini, şəxsi təhqir niyyəti daşımadığını desə də, ictimaiyyət qarşısında təəssüfünü bildirib. O, yalnız təhqirlərinə görə üzr istədiyini vurğulayıb.
Paşinyan mayın 7-də parlamentdə çıxışı zamanı müxalifəti sərt ifadələrlə hədələmiş, 30 mayda isə sosial şəbəkədə yüksək rütbəli bir din xadimini təhqiramiz sözlərlə ittiham etmişdi.
Paşinyan kilsədən və müxalifətdən üzr istədi