İlahiyyatçı Camir Ağayev şərti azadlığa buraxılıb

İlahiyyatçı Camir Ağayev avqustun 1-də şərti azadlığa buraxılıb. İnanclı cəzanın 3 hissəsini çəkdikdən sonra qalan 1 hissə ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə onun müraciətini dəyərləndirib və C. Ağayevi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) qərarını qəbul edib.
Camir Ağayev 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Xatırladaq ki, ruhani Camir Ağayev 2023-cü il fevralın 5-də saxlanılmışdı. Narkotiklərlə bağlı ittiham olunan ilahiyyatçı 2023-cü il 29 noyabr tarixində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.