Hizbullah lideri Naim Qasim Qəzza ilə bağlı açıqlama verib

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.

Şeyx açıqlamasında deyib: “Amerika və sionist rejimin Qəzzada günahsız Fələstin xalqına qarşı törətdiyi təcavüz, vəhşilik, soyqırım və aclıq bütün bəşəri və mənəvi dəyərləri aşmışdır.

Fələstin xalqının birliyi ilə qarşılaşdıqda ABŞ təzyiqlərə boyun əyəcək və dəstəyini dayandırmağa məcbur olacaq”.

Sionist İsraili boykot etməyə çağıran Şeyx Nəim Qasim ərəb və islam ölkələrindən düşmən səfirliklərini bağlamağı, onlarla ticarətə mane olmağı, Fələstin və Qəzzəyə dəstək üçün birləşməyi tələb edib.