İsrail quru qoşunları Dəməşqin 10 kilometrliyində ikən Colani Dəməşqi tərk edib

Xəbər mənbələrinin məlumatına görə, sionist rejimin quru qoşunları Suriyaya daxil olub və hazırda bu ölkənin paytaxtı Dəməşqdən cəmi 10 kilometr uzaqlıqdadır.

Sionist rejimin 15 hərbi və zirehli texnikadan ibarət quru qüvvələri işğal altındakı Colan bölgəsindən hərəkət edərək Dəməşqin cənub ətrafına daxil olublar.

Verilən məlumata əsasən, bu qüvvələr hazırda Dəməşqin cənubundakı "Qətəna" bölgəsində yerləşib və paytaxtdan təxminən 10 kilometr aralıdadırlar.

Əl-Məyadin telekanalı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Colani ailəsi ilə birlikdə Dəməşqi tərk edib.