ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak dünən Beyrutda Livan rəsmiləri ilə görüşərək Hizbullahı tərksilah etmək üçün təklif edilən planı müzakirə edib.
Livan hökumətinə dəstək mesajı verən Barak Hizbullaha açıq-aşkar xəbərdarlıq edib. Barak Hizbullahın sülh üçün fürsət olduğunu, lakin bölgədəki dəyişikliklərə uyğunlaşmadığı təqdirdə bunun nəticələri ilə üzləşəcəyini müdafiə edib. Livana "diqtə etmədiklərini" ifadə edən Barak, "Livan bizimlə deyil, Hizbullahla məşğul olmalıdır. Hizbullah hələ də sülh şansının olduğunu anlamalıdır" deyib. Livanın əks təklif irəli sürməsindən məmnun olduqlarını bildirən Barak, bölgənin çox sürətlə dəyişdiyi və Livanın bu dəyişiklikdə iştirak edə biləcəyi, əks halda kənarda qala biləcəyi barədə xəbərdarlıq edib.
Hizbullah: Biz silahlarımızı yerə qoymayacağıq
Barakın səfərindən bir gün əvvəl açıqlama verən Hizbullah baş katibi Naim Qasim silahlarını yerə qoymayacaqlarını açıqlayıb. Qasim “Ya razılıq, ya da aradan qaldırmaq” tənliyini “absurd” adlandırıb və bu tənliyin çoxdan aşıldığını bildirib. Qasım qeyd edib ki, İsrail işğalı davam etdikcə müqavimət davam edəcək.
ABŞ-ın Ankaradakı səfiri Barak: Livanda Hizbullah tərksilah edilməlidir!