Amerika Birləşmiş Ştatlarının Qazaxıstan mallarına 25% rüsum tətbiq etməsinə qarşı tədbirlər planı hazırlanır.
Bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"ABŞ tərəfindən Qazaxıstandan gələn mallara 25%-lik gömrük rüsumunun tətbiqi ilə əlaqədar Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi rəsmi cavab hazırlayır", - mətbuat xidmətinin bəyanatında deyilir.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə məktub göndərərək, Vaşinqtonun 2025-ci il avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara 25%-lik rüsum tətbiq etməsi barədə məlumat verib.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp BRİKS blokunun “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələri əlavə 10% rüsumla üzləşəcəyini bildirmişdi.
Qazaxıstan Trampın tariflərinə cavab verəcək