Xanım Zeynəbin (s.ə) hərəmi ətrafında ələvilərə qarşı həbs dalğası həyata keçirilib

Yerli mənbə bildirib ki, Dəməşqin sahilyanı ərazilərində Colani rejiminə bağlı dəstələr tərəfindən ələvilərin həbs dalğası baş verib.

Yerli mənbə deyib: “Ələvilərin Dəməşqin sahillərində həbs dalğası terrorçu Əl-Colani rejiminə bağlı ünsürlər tərəfindən başlayıb.

Bu həbs dalğasında ələvilər xüsusi olaraq hədəfə alınır və terrorçu ünsürlər bu bölgədəki yaşayış və ticarət sahələrinə hücum edərək, onlarla gənc suriyalını konkret ittihamlar olmadan həbs edirlər.”

Qeyd edək ki, terrorçular Suriyada nəzarəti ələ keçirdikdən sonra bu ölkədəki ələvilər həbslərlə yanaşı, qətl və edamlarla da üzləşiblər.