İraqçi Cenevrə görüşündən sonra açıqlama verib

İranın xarici işlər naziri Seyid Abbas İraqçı Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri və Avropa xarici siyasət idarəsinin rəhbəri ilə görüşlərinin sonunda danışıqlarla bağlı qiymətləndirmələr edib.

İranın nüvə proqramının dinc xarakter daşıdığını vurğulayan İraqçi, "Sionist rejim təcavüz və cinayətlərini dayandırmalıdır. Bu rejimin hücumları davam etdikcə heç bir tərəflə danışıqlar aparmayacağıq" deyib.

“Biz sionist rejimin mənfur hücumlarının pislənilməməsindən narahatıq” deyən İraqçi “İran İslam Respublikasının özünümüdafiə hüququndan istifadə etməyə davam edəcəyini” vurğulayıb.

“İran İslam Respublikasının nüvə proqramı dinc xarakter daşıyır və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır.”