Bəyanatda deyilir:
“Bismillahir-Rahmənir-Rahim
Nəcəfül-Əşrəfdə yerləşən ali dini mərcəiyyət bir daha İran İslam Respublikasına qarşı davam edən hərbi təcavüzü və onun dini və siyasi ali rəhbərliyinə qarşı edilən hər hansı təhdidi ciddi şəkildə pisləyir”.
Bəyanatda qeyd olunur ki, bu cür cinayətkar addımın atılması – dini və əxlaqi dəyərlərin, beynəlxalq adət və qanunların açıq şəkildə pozulması ilə yanaşı – bölgədə vəziyyətin tamamilə nəzarətdən çıxması və genişmiqyaslı xaosun yaranması ilə nəticələnə bilər. Bu isə region xalqlarının əzabını artıracaq və bütün tərəflərin maraqlarına ciddi zərər verəcək.
Bu səbəbdən biz bütün beynəlxalq təsirli tərəfləri və xüsusilə İslam ölkələrini bu ədalətsiz müharibənin dayandırılması və İranın nüvə məsələsinə beynəlxalq hüquq qaydaları çərçivəsində ədalətli və sülh yolu ilə həllin tapılması üçün bütün səylərini səfərbər etməyə çağırırıq.
(22 Zilhiccə 1446 h.q.) – (19 iyun 2025)
Seyyid Sistaninin ofisi – Nəcəfül-Əşrəf
Ayətullah Sistaninin ofisi İsrailin İrana hücumlarını pisləyən ikinci bəyanatını yayıb