Bu gün dünyada Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunur.
Azərbaycan bu günü Avropa məkanında jurnalist həbslərinə görə ikinci yeri tutmaqla başa vurur.
2023-cü ilin noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbsi ilə jurnalistlərə qarşı başlanan həbs dalğası nəticəsində hazırda 24 nəfər media əməkdaşı dəmir barmaqlıqlar arxasındadır.
“Abzas Media”nın Bakı ofisi bağlanıb, 6 əməkdaşı həbs olunsa da, biz hazırda ölkə xaricində qurduğumuz idarə heyəti vasitəsilə medianın işini davam etdiririk.
Bakıdakı heyətimiz həbsdə olsa da, biz sizin göndərdiyiniz şikayətlər əsasında xəbərlər, araşdırmalar aparmağa davam edirik.
Əziz izləyicilər, qarşılaşdığınız, şahidi olduğunuz problemləri mobil telefonlarınızla çəkərək bizə göndərməyə davam edin. Bununla azad medianın susdurulmasının qarşısına keçə bilərsiniz.
Beynəlxalq Mətbuat Azadlığı Günündə Abzas Media bəyanat yaydı