ABŞ NVIDIA-nın Çinə süni intillekt çiplərini satmasını qadağan etdi

ABŞ Çinə süni intellekt çiplərinin satışına məhdudiyyətlər qoyub. NVIDIA bu qərarla bağlı açıqlama verərək 5,5 milyard dollar zərər görəcəyini bildirib.

Son zamanlar ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları bütün dünyanın gündəmini zəbt edir. Ən böyük təzyiq Çinə edilir. Eyni şəkildə Çin də ABŞ-ın tətbiq etdiyi vergilərə qarşı bir addım atıb və iki ölkə arasındakı bu vəziyyət ticarət müharibəsinə çevrilib.

Dünən ABŞ-dan yeni qərar gəlib. Tramp administrasiyası Çinə süni intellekt çiplərinin satışını dayandırdığını açıqlayıb. Bu vəziyyət dünyanın ən böyük şirkətlərindən biri olan NVIDIA-ya ən çox təsir edəcək.

 

5,5 milyard dollar itirəcəyi gözlənilir

Yeni çip satışına qoyulan məhdudiyyətlərdən sonra NVIDIA-nın hansı yanaşmaya əl atacağı maraq doğurur. Şirkət açıqlamasında ABŞ hökumətinin çipləri harada sata biləcəyi ilə bağlı qərarına "ciddi" əməl edəcəyini bildirib.

NVIDIA dünən verdiyi açıqlamada yeni qərarla H20 çip sifarişlərini ləğv etdiyini və bu səbəbdən təxminən 5,5 milyard dollar itirə biləcəyini ifadə edib. Həmin açıqlamada, bu çipi Çinə satmaq üçün indi "xüsusi lisenziya" tələb olunduğu və hər AI çipinin tələb olunduğu kimi göndərilə bilməyəcəyi ifadə edilib.

ABŞ hökuməti Çini milli təhlükəsizliyə təhdid kimi gördüyü üçün belə bir qərar verib. Məsələ ilə bağlı NVIDIA-ya verdiyi açıqlamada səlahiyyətlilər, məhsulların Çində superkompüterlər yaratmaq üçün istifadə oluna biləcəyindən və ciddi risk yaratdığından narahat olduqlarını bildiriblər.

Bu qərardan sonra NVIDIA-nın səhmləri ucuzlaşıb. Təxminən 7% ucuzlaşan səhm yazı zamanı 104,49 dollara satılır.