Hizbullah İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyüddin Cənubi Livanda sionist işğalına qarşı müqavimətin qarşıdurma prosesi ilə bağlı açıqlama verib və "Gözə göz" məntiqinə əməl edəcəyini düşmənin hücumlarına uyğun cavab verəcəyini açıqlayıb.
Seyyid Haşim Səfiyüddin əlavə edib: "Müqavimət davam edir və bu bir zərurətdir. Düşmənlə qarşılaşmaq üçün əlimizdə silahlarımız var və müqavimət hazırda aktivdir. Biz ölkəmizə və millətimizə dəstək olaraq bu mübarizəni davam etdirəcəyik".
İsrailin Qəzzada həyata keçirdiyi vəhşi hücumlara diqqət çəkən Səfiyüddin, “Qəzzada baş verənlər sübut etdi ki, biz dünyanın heç bir gücünə xalqlarımızı dəstəkləmək üçün etibar edə bilmərik. Amerika Qəzzənin hər bir hissəsini, sionist rejimin cinayətlərinin davamı və dinc əhalinin qətliamına siyasi pərdə yaradaraq hədəfə alır. Qəzza müharibəsi təcrübəsi göstərir ki, düşmənə qarşı yeganə effektiv fəaliyyət müqavimətdir və biz hələ də raket gücümüzü inkişaf etdirməklə düşmənin təcavüzünə cavab veririk”- söyləyib.
Hizbullahın icra şurasının rəhbəri: "Qəzzada müqavimət döyüşçüləri döyüş meydanında nəticəni təyin edən və müqavimətin xeyrinə daha yaxşı şərtlərlə gələcəyi formalaşdıranlardır. Onlar bu günü və gələcəyi formalaşdıranlar qəhrəmanlar, Qəzzədə şir kimi düşmən tanklarını silahları ilə məhv edən döyüşçülərdir”- deyib.
Safiyüddin: Qəzza müharibəsi sübut etdi ki, heç bir qüvvəyə etibar etmək olmaz