2018-ci ildə Azərbaycanda 2210 yanğın hadisəsi qeydə alınıb, bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur.
Dövlət Statistika Komitəsi Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onların 13-ü uşaqdır) həyatını itirib, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub.
İl ərzində qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət, 244-ü yandırma yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i digər səbəblər nəticəsində baş verib.
Yanğınların 70,7 faizi yaşayış evlərinin, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binaların, 2,2 faizi istehsal obyektlərinin, 0,5 faizi anbar və bazaların, qalanları digər obyektlərin payına düşüb.
Ötən ilin yanğın statistikası
Oxşar xəbərlər