Məkkəyə giriş məhdudlaşdırıldı

15 may tarixindən etibarən Məkkə şəhərinə giriş məhdudlaşdırılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, artıq sakinlər müvafiq icazənamələr olmadan müqəddəs şəhərə daxil ola bilməyəcəklər.

Məkkə şəhəri blokpostlarla əhatələnib, polis əməkdaşları isə şəhərə daxil olan hər bir kəsi sənədlərin yoxlanılması üçün saxlayırlar.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbi Həcc ziyarəti vaxtının yaxılaşmasıdır. Bu il ziyarət mövsümü 26 iyunda başlayacaq.

Səudiyyə Ərəbistanı krallığının Həcc və Ümrə Nazirliyindən bildirilib ki, ölkə ərazisinə qonaq vizası ilə daxil olan əcnəbilər Həcc ziyarətini yerinə yetirə bilməyəcəklər.

Xarici işçilər, mövsüm işçilərininin viza sahibləri, müqavilə əsasında işləyən şəxslər Məkkə şəhərinə daxil olmaq üçün olan icazə kağızları ilə bağlı müraciət edə bilərlər.