Milli Şura mitinq qərarını verdi

Milli Şura rəsmi qurumlara bununla bağlı müraciət edəcəyini bildirir. Aksiya aprelin 21-nə saat 15.00-a təyin olunub.
Mitinqin əsas tələbləri siyasi məhbuslara azadlıq, seçki islahatları (təbliğat mitinqlərinin keçirilməsinə maneə törədilməməsi, seçki komissiyalarında real müxalifətin təmsilçiliyinin təmin olunması), əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması (uşaq pulunun verilməsi, müavinət, pensiya və maaşların artırılması), quru sərhədlərin açılması və Rusiya ordusunun Azərbaycandan çıxarılması olacaq.