Mahmud Abbas beynəlxalq ictimaiyyətə müraciət edib

Fələstin prezidenti Mahmud Abbas Qətərin paytaxtı Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ən Az İnkişaf etmiş Ölkələr üzrə 5-ci Konfransında etdiyi çıxışda beynəlxalq ictimaiyyətə müraciət edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Mahmud Abbas deyib:

Beynəlxalq ictimaiyyətə İsrailin xalqımıza qarşı törətdiyinin cəzasız qalmaması və paytaxtı Şərqi Qüds olan Fələstin ərazisinin işğalına son qoyulması ilə əlaqədar çağırış edirik”.

Fələstin xalqının 75 ildir ki, ''Nekbe''nin (Böyük fəlakət) kölgəsində yaşadığını xatırladan Mahmud Abbas deyib: “Fələstin xalqı 1967-ci ildən bəri müstəmləkəçiliyə çevrilən, beynəlxalq legitimlik qərarlarını pozan, işğalçılıq siyasətini dərinləşdirən işğal cinayətləri ilə üz-üzədir''. 

Mahmud Abbas işğal altındakı Şərqi Qüdsün kimliyini dəyişdirməyə çalışan və Məscidül-Əqsanın müqəddəsliyini pozmağa çalışan İsrailin müsəlmanlara və xristianlara aid müqəddəs məkanların tarixi və hüquqi statusuna da hücum etdiyini, fələstinliləri öldürməyə davam etdiyini bildirib.

Mahmud Abbas işğal altındakı İordan çayının qərb sahilindəki Huvvara bölgəsində yəhudilər tərəfindən fələstinlilərə qarşı həyata keçirilən kütləvi hücumlara işarə edib.

Abbas İsrailin beynəlxalq hüququ və imzalanmış müqavilələri pozan birtərəfli addımları  ilə mübarizəni davam etdirəcəklərini vurğulayıb.