“Kəpəz” “Qəbələ”yə qalib gəldi

Avropa Liqası həyəcanından sonra həftəsonu diqqətlər yenidən Azərbaycan çempionatına yönəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu gün Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb.

Turun açılış günündə bir matç baş tutub ki, "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gəliblər. Autsayderlərin dueli elitada qalmaq baxımından prinsipiallıq daşıyırdı.

Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş elə gəncəlilərin qələbəsiylə yekunlaşıb.

Gəncəlilər 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.