Kəlbəcərli girovlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildi

Öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılması üçün yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib, ərizə artıq icraatdadır.

Bu barədə İctimai Televizyaya açıqlamasında Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov məlumat verib. Çingiz Əsgərovun sözlərinə görə Azərbaycan dövləti Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları ilə bərabər bu icraatda iştirak edir.

Gununsesi.info