İsrail generalı: Suriyada “Hizbullah-2” planının qarşısını almışıq

“Suriyanın Colan Yüksəkliklərində Hizbullah-2 planının qarşısını almışıq.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargahının sabiq rəisi, general Aviv Koxavi “İsrail Teleradio Yayım Təşkilatı”na müsahibəsində deyib.

Vəzifə müddəti yenicə bitmiş general (işğal altında olan) Suriyanın Colan Yüksəkliklərində "Hizbullah 2" planının baş tutmasının qarşısının alındığını və ya təxirə salındığını bildirib.

Koxavi eyni zamanda bildirib ki, Livanda olan Hizbullah indi İsraillə hərbi qarşıdurmaya girmək istəmir.

O, əlavə edib ki, Hizbullah Livanda ağır zərbələri alacağını bilir və ona görə hərbi qarşıdurmaya girmək niyyətində deyil.

Aviv Koxavi hərəkatın çoxlu sayda dəqiq vuran raketlərə və böyük qüvvəyə malik olduğunu etiraf edib və müharibə olacağı təqdirdə Livanda hədəfdə olan minlərlə obyektin vurulacağını deyib.