İran və Rusiya razılığa gəldi

İran və Rusiya birgə 20 ədəd ümumi təyinatlı gəmi inşa edəcək. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İran və Rusiya prezidentlərinin birgə görüşündən sonra razılıq əldə olunub. 

Putin və Rəisi telefon danışığı zamanı iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsini vurğulayıblar. Bununla bağlı İİR Gəmiçiliyi ilə Rusiya Şimal-Cənub Dəhlizi Konvergensiya Klubu arasında İran prezidentinin Rusiyadakı nümayəndəsinin rəhbərliyi ilə 20 ümumi təyinatlı gəminin tikintisi və alınmasına dair müqavilə imzalanıb.

Bu əsasda tərəflər Rusiyanın bütün limanlarından şimal-cənub və şərq-qərb tranzit dəhlizlərində gəmilərin alınması və tikintisi, eləcə də yük daşımalarının təşkili üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.