İran İsveç Apellyasiya Məhkəməsinin Həmid Nuri ilə bağlı mövqeyindən dərin təəssüf hissi keçirir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İsveçdə saxlanılan İran vətəndaşı Həmid Nuri ilə bağlı İsveç Apellyasiya Məhkəməsinin gözlənilməz və təəccüblü qərarına görə dərin təəssüf hissi keçirdiyini bildirib.

 Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsveçdə saxlanılan İran vətəndaşı Həmid Nuri ilə bağlı İsveç Apellyasiya Məhkəməsinin gözlənilməz və təəccüblü qərarına görə dərin təəssüf hissi keçirdiyini bildirib. İran İslam Respublikasının dünyanın harasında olurlarsa olsunlar öz vətəndaşlarının hüquqlarını qorumaqdan çəkinməyəcəyini vurğulayan Kənani İsveç hökumətinə bir daha İran vətəndaşının humanitar, hüquqi və konsulluq hüquqları ilə bağlı  xatırlatma edib.

2019-cu ilin oktyabrında övladlığa götürdüyü qızı ilə ailə münaqişələrini həll etmək üçün İsveçə gedən İran əsilli və keçmiş ədliyyə işçisi Həmid Nuri Stokholm hava limanına çatan kimi polis tərəfindən həbs edilib və o vaxtdan bəri təkadamlıq kameradadır. Həmid Nurinin ittihamı Münafiqlər terror təşkilatının iddiaları əsasında hazırlanıb. Onlar iddia edirdilər ki, Nuri İranda həbsdə olan münafiqlərin himayədarıdır. Bu iddialar Nurinin İsveç məhkəməsinin həbsinə səbəb olub və bu iddialar Nurinin azadlıq hüququnun İsveç səlahiyyətliləri tərəfindən pozulmasına səbəb olub.