İmam Əli (ə) məscidində mövlud mərasimi keçirilib

Gürcüstanın müxtəlif bölgələrində Həzrət Məhəmməd Peyğəmbərin (s) mövludunun 1500 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

Bu çərçivədə Kaspi rayonunun Ferma kəndində yerləşən İmam Əli (ə) məscidində mövlud mərasimi təşkil olunub.

Məclisi məscidin axundu Vaqif Kasumov açaraq iştirakçıları salamlayıb. Daha sonra Qurani-Kərim tilavətini Bədirxan Zviadi oğlu səsləndirib.

Tədbirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək Həzrət Peyğəmbərin (s) həyatından, onun insanlığa bəxş etdiyi dəyərlərdən danışıb və müsəlmanları bu dəyərlərə sahib çıxmağa çağırıb.

Kaspi Bələdiyyə Şurasının sədri Şota Beglarashvili də mərasimdə iştirak edərək yubiley münasibətilə iştirakçıları təbrik edib. Tədbirdə həmçinin Hacı Niyazi Əmirxanov, Hacı İfrət Əhmədov və Pərviz Əbdullayev çıxış ediblər. Kaspi Sakrobulo rəhbəri Zura Çitişvili də tədbirdə iştirak edib.

Mərasimdə din xadimləri ilə yanaşı, kənd sakinləri və yerli dindarlar da iştirak edib. Tədbir sonda ehsan süfrəsilə yekunlaşıb.