İmam Hüseyn (ə) ziyarətgahının fabriki dərman və şpris istehsal gücünü açıqlayıb

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahının fabriki dərman və şpris istehsal gücünü açıqlayıb.

Məlumata görə, gün ərzində 60 milyon dərman məhlullu insul şprisi, 200 milyon ümumi şpris istehsal edir.

Ölkəiçi ehtiyacları ödəmək məqsədilə var gücülə işləyən fabrik dünya standartlarına uyğun məhsullar istehsal edir və buna dair sertifikatlara sahibdir.

Qeyd edək ki, bu fabrik Kərbəla Ziyarətgahının qanuni hamisi və Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəla nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin nəzarəti və dəstəyilə fəaliyyət göstərməkdədir.