İraqda Zeynəb Kubra (s.ə) İxtisaslaşmış Göz Cərrahiyyə Mərkəzi, İmam Hüseyn (ə) Ziyarətgahının dəstəyi ilə retina qanaxması xəstələrinə ən müasir dərmanlarla göz daxili inyeksiya müalicəsini tamamilə ödənişsiz şəkildə həyata keçirdiyini açıqlayıb.
Mərkəzin müavin direktoru və Əczaçılıq-texniki şöbəsinin rəhbəri Hüseyn Məhəmməd Cəifri rəsmi mətbuata verdiyi açıqlamada bildirib ki, mərkəzdə hər ay 600–800 arası inyeksiya əməliyyatı aparılır. Bunun üçün ən müasir üç dərman növündən – “Avastin”, “Alya” və “Lucentis”-dən istifadə olunur və bütün preparatlar xəstələrə tamamilə pulsuz təqdim edilir.
Onun sözlərinə görə, bu xəstəliyin müalicəsi davamlı izləmə tələb edir və adətən hər bir xəstəyə ayda bir dəfə olmaqla 10–15 inyeksiya təyin edilir. Müalicə 7 doza ilə başlayır, tibbi komissiyanın qərarına əsasən isə maksimum 14 dozaya qədər davam etdirilir. Retina qanaxmasının isə bu üsuldan başqa alternativ müalicəsi yalnız cərrahi müdaxilədir.
Hüseyn Cəifri əlavə edib ki, prosedurlar mərkəzin xüsusi təchiz edilmiş bölməsində, ən müasir tibbi cihazların köməyi ilə aparılır. Halbuki, özəl xəstəxanalarda bu müalicənin bir dozası 300.000–1.000.000 İraq dinarı (təqribən 390–1.300 AZN) arasında dəyişir və əlavə olaraq müayinə və konsultasiya haqları da tələb olunur. Zeynəb Kubra (s.ə) Mərkəzində isə bütün xidmətlər – müayinə, diaqnostika, analizlər və inyeksiya – tamamilə ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, Müqəddəs İmam Hüseyn Ziyarətgahı, böyük mərcə Ayətullah Üzma Seyid Sistaninin nümayəndəsi Şeyx Əbdül-Mehdi Kərbəlayinin göstərişi ilə aztəminatlı ailələr və məhdud imkanlı şəxslərin dəstəyini davam etdirir. Bu məqsədlə müxtəlif ixtisaslaşmış tibbi mərkəzlər yaradılaraq, ən müasir müalicə üsulları pulsuz şəkildə təqdim olunur və bu xidmətlər dünyaca məşhur xəstəxanalar səviyyəsinə uyğundur.
İmam Hüseyn (ə) Ziyarətgahının dəstəyi ilə retina xəstələri pulsuz müalicə olunur