Hərbi qulluqçumuz minaya düşərək şəhid oldu

Xəbər verdiyimiz kimi martın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Hüseynov Kamran Namiz oğlunun qar uçqunu nəticəsində həlak olduğu bildirilirdi.

Müdafiə Nazirliyi "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.