“Günay Bank”ın lisenziyası ləğv edildi

Mərkəzi Bank “Günay Bank”ın lisenziyasını ləğv edib

Toplum TV xəbər verir ki, bu barədə mayın 17-də Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, "Günay Bank"ın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş minimum miqdardan az olub.

Məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə lisenziya ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

“Günay Bank”a müvəqqəti inzibatçı təyin olunub, onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

“Günay Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 

Mərkəzi Bankdan bildirilib ki, “Günay Bank”ın  lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Həmçinin qeyd olunub ki, əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar ödəniləcək. 

Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. 

Qeyd olunub ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.