Fanatik yəhudilər İsrail polisinin himayəsi altında Əl-Əqsa məscidinə basqın ediblər

Bildirilib ki, fanatik yəhudilər Likud Partiyasının keçmiş müavini ekstremist ravvin Yəhuda Qlikin müşayiəti ilə və sionist rejim polisinin sıx mühafizəsi altında Əl-Əqsa məscidinə basqın ediblər.

Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, fanatik yəhudilər bir çox sionist rejim polisinin himayəsi altında Meqaribe qapısından Hərəmi Şərifə daxil olublar. Basqın zamanı fanatik yəhudi qruplaşmasına rəhbərlik edən ekstremist ravvin Qlik Məscidül-Əqsa ilə bağlı təxribat xarakterli çıxış edib.

26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa və Qüdsdəki vəqflər İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

Daha əvvəl Qüds İslam Vəqfləri İdarəsinin icazəsi ilə Məscidül-Əqsanı ziyarət edən yəhudilər, Vəqflərin suverenliyini pozan sionist İsrailin birtərəfli qərarı çərçivəsində polisin müşayiəti ilə müsəlmanların müqəddəs hərəminə daxil olurlar.

Sionist rejim hakimiyyətinin bu birtərəfli qərarını tanımayan Qüds İslami Vəqflər İdarəsi müsəlmanların suverenliyini pozan bu cür girişləri “basqın” kimi xarakterizə edir. İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa müsəlmanların ilk qibləsi olma xüsusiyyətinə malikdir. Yəhudilər “Süleyman məbədi”nin Qiblə Məscidi və Qübbə Məscidi ilə yanaşı, muzey, mədrəsələr və geniş həyəti əhatə edən Məscidül-Əqsa Kompleksinin altında qaldığı iddiası ilə qazıntı işləri aparırlar. Onlar da Məscidül-Əqsada qazıntı işləri apardıqlarını iddia edirlər.