Daha bir qazi intihar edib

Aprelin 3 də, səhər saatlarında Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi 1988-ci il təvəllüdlü Qocayev Kənan Davud oğlu özünə qəsd edərək intihara cəhd edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, Kənan Qocayev ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.

"Gənc Qazilər" İB adıçəkilən şəxsin Vətən müharibəsində iştirak etdiyini, qazi olduğunu açıqlayıb.

 

Seymur Əli