Cəlilabadda yanğın baş verən məscidə baxış keçirilib

Cəlilabad rayonunun Dələli kəndində yerləşən məsciddə baş verən yanğının səbəbləri araşdırılır.

Operativtv.com Reporta istinadən məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və din xadimlərinin iştirakı ilə məscidə baxış keçirilib.

Hadisənin araşdırılması və tədbir görülməsi üçün aidiyyəti orqanların nümayəndələrinə xüsusi tapşırıqlar verilib.

Qeyd olunub ki, yanğının səbəblərinin araşdırılması xüsusi nəzarətə götürülüb.

Xatırladaq ki, mayın 16-da Dələli kəndindəki ziyarətgahın məscid hissəsində yanğın olub. Nəticədə məscidin dam örtüyü yanıb.