CHP yeni layihəsində Azərbaycanı kənar qoydu

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda Azərbaycanla bağlı hansı addımları atacağını təxmin edir.

Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Layihə Zəngəzur dəhlizini İran daxilindən keçməklə Çinə birləşdirir.