07 November 2026

Merz: Holokost üçün məsuliyyət daşımayan müsəlman immiqrantlar Almaniyanı tərk etməlidirlər

Almaniya kansleri Merz bildirib ki, ölkənin Holokost üçün tarixi məsuliyyətini qəbul etməyən müsəlman ölkələrindən olan immiqrantlar Almaniyanı tərk etməlidirlər. Merzin sözləri ölkədə antisemitizm və müsəlmanlara qarşı ayrı-seçkilik mövzusunda müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Almaniya kansleri Fridrix Merz bildirib ki, ölkənin Holokost üçün tarixi məsuliyyətini qəbul etməyən müsəlman ölkələrindən olan immiqrantlar Almaniyada qalmamalıdırlar.

ABŞ İraqdan İran sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib.

Məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırsa da, rəsmi Tehranın İraqın daxili işlərinə müdaxiləsini qəbul etmir.

Bəhreyndə həbs olunmuş şiə din xadimlərinə dəstək aksiyaları başlayıb

Bəhreyn xalqı ölkənin müxtəlif şəhər və bölgələrində keçirilən yürüş və etiraz aksiyaları ilə saxlanılan şiə din xadimlərinə dəstək verib və bu şəxslərin mühakimə olunmasına etirazını bildirib.

Etiraz aksiyaları Əl-Xəlifə hakimiyyətinin ölkədəki din xadimlərini 8 noyabrda mühakimə etməyə hazırlaşması ərəfəsində və xalq qruplarının “Xalqın Qəzəb Günü” təşkil etməyə hazırlaşdıqlarını bəyan etmələri çərçivəsində keçirilib.

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub etdi

6 noyabr da futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib. “Azərsun Arena”da təşkil olunan görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 80-ci dəqiqədə “Turan Tovuz”un müdafiəçisi Roderik Miller vurub. Bu nəticədən sonra “Turan Tovuz” 21 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Qarabağ” isə 19 xalla dördüncü sırada qərarlaşıb.

"İsrail Hayom" qəzeti növbəti dəfə Türkiyə-Azərbaycan arasındakı strateji müttəfiqliyi hədəfə alınıb

İsraildə nəşr olunan "İsrail Hayom" qəzetində dərc olunmuş bir məqalədə Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqlik hədəfə alınıb. Siyasi analitik Şey Qal "Bir Millət, İki Dövlət" konsepsiyasının Azərbaycanın müstəqil qərar qəbuletmə proseslərini məhdudlaşdırdığını iddia edərək, Bakı administrasiyasını Ankara ilə siyasi koordinasiyasını azaltmağa çağırıb.

Avropada təyyarələri hədəf alan bomba təhdidləri: Ehtimallar nəyi deyir?

AB, Avropadakı uçuşları hədəf alan yalançı bomba təhdidləri dalğasının əlaqəli olub-olmadığı hələlik aydın olmadığını və hakimiyyət orqanları ilə hadisələri yaxından izlədiyini bildirib.

AB Nəqliyyat Komissarı Apostolos Tzitzikostas özünün X hesabındakı paylaşımda "Mülki şəxslərə qarşı hər hansı bir təhdid qəbuledilməzdir" deyib. Tzitzikostas əlavə edib ki, bildirilən təhdidlərin əlaqəli olub-olmadığı barədə nəticə çıxarmaq üçün "hələ tezdir".

İsrailin qətliamları: Günahsız livanlı qurbanları sayı açıqlanıb

İsrail Yaxın Şərqdə günahsız insanlara qarşı soyqırımlar və kütləvi qətliamlar törətməyə davam edir.

Livanın Səhiyyə Nazirliyi İsrailin hərbi cinayətlərinin qurbanları ilə bağlı yenilənmiş statistikanı dərc edib.

Qeyd edilib ki, İsrail 2 mart tarixindən bəri Livanda, xüsusilə də ölkənin cənubunda 4 390 nəfər günahsız livanlını öldürüb, 12 429 nəfəri isə yaralayıb.

"Neftçi" "Kəpəz"ə qalib gəldi

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.

"Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Körfəz şirkətləri ilə neft müqavilələri İraqda mübahisələrə səbəb olur

İraq Baş naziri Əli Zeydinin Körfəz turu davam edərkən, BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri ilə neft müqavilələrinin dövlət resurslarına təsiri müzakirə olunur.

İraq Baş naziri Əli Zeydinin Körfəz turu Bəhreyndə davam edərkən, BƏƏ-də yerləşən ADNOC şirkəti ilə neft müqavilələri ölkə daxilində mübahisələrə səbəb olub.

BMT: Hörmüz boğazında fevralın 28-dən bəri 25 dənizçi həlak olub

ABŞ və İran arasında davam edən münaqişə nəticəsində fevralın 28-dən bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub.

Bu barədə BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) məlumat yayıb.

Təşkilatın məlumatına görə, sonuncu qurban noyabrın 5-də Hörmüz boğazında hücuma məruz qalan “Velos Sapphire” tankerinin dənizçisi olub. Fevralın sonundan bəri regionda ticarət gəmilərinə hücumların sayı 130-a çatıb, minlərlə dənizçi isə Fars körfəzində blokadada qalıb.

Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb

“Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilən jurnalist Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb. O, həbsxana şəraiti ilə bağlı hazırladığı yazılara görə “Yerli jurnalist” kateqoriyasında ikinci yerə layiq görülüb.

Bu barədə “Abzas Media” Kurt Şork Xatirə Fonduna istinadən məlumat yayıb.

Hüquq müdafiəçisi 17 saylı həbsxanada aclıq edən dindar məhbusların döyüldüyünü deyir

17 saylı Cəzaçəkmə Müəssisəsində hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən dindar məhbusların kütləvi şəkildə döyüldüyü və işgəncəyə məruz qaldığı iddia olunur. Bu barədə dindarların hüquqlarını müdafiə edən Arzu Abdulla noyabrın 6-da sosial şəbəkədəki paylaşımında yazıb.